Erməni analitik Putini hədəfə aldı: “Putin Ermənistana nə qədər çox təzyiq göstərsə, Ermənistanda da bir o qədər Avropa İttifaqında olacar”

0

ArmInfo. – “Son aylarda Avropa Birliyindən alternativ təklifin formalaşması səbəbindən Rusiya Ermənistana həddindən artıq təzyiq qura bilmir”.

Bənzər fikri Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan ArmInfo-ya da bildirib. Ermənistan Azərbaycan dövlət başçısı İlham Əliyevin Putinlə görüşündən narahat olmağa başlayıb və Putinə, – Ermənistanı itirə bilərsən, – kimi mesaj ünvanlayıb. “ AŞ-nın ölkəmizə 2.6 milyard avro həcmində ayırdığı yatırım strateji xarakter daşıyır. Və mən hesab etmirəm ki, Ermənistana, xüsusilə də Sünikə bu qədər investisiya qoyan Avropa Putin, Ərdoğan, Əliyevin kolidor oyununu sakitcə izləyəcək. Putin başa düşməlidir ki, Ermənistana nə qədər təzyiq göstərsə, Ermənistan da bir o qədər Avropa Şurasına yaxın olacaq”. Bu sözləri Ermənistan Beyxəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitunun rəhbəri Stepan Safaryan bildirib.

S.Safaryan eyni zamanda vurğulayıb ki, “AŞ-ı Ermənistana 2.6 milyard avro yatırım edib. Düzdür, bu məbləğlə ölkəmizin bütün problemləri həll olmayacaq. Amma bu investisiya bizim xilasımızdı, göydən düşmə bir paraşütdür.” Safaryan erməniləri əmin etməyə çalışır ki, İ. Əliyev Moskvadan əli boş dönüb. Naxçıvan-İrəvan-Tbilisi-Dərbənd kommunal xəttinin aktivləşməsinə ümid etdiyi halda, AŞ – nın meydana çıxması Putinin Əliyevlə razılaşmasını dayandırıb. Analitikin fikrincə, “Moskva Ermənistanda ona qarşı baş qaldıran dəhşətli narazılığı, KTMT-yə üzvlüyü çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək haqqında yaratdığı mifin çöküşünü görməlidir. Rusiyanın strateji tarazlıq vəzifəsini yerinə yetirə bilmədiyi aşkardır. Erasxi qışışdırıb, bizləməklə dəmir yollarının istismarına nail olmaq mümkün deyil. Bu 2020 və 2021-ci illərdə başlayan proseslərin davamına gətirə bilər”. David Stepanyan sonda Putini təhdid edərək, ona daha bir ciddi mesaj göndərib: “Yuxarıda göstərilənlərin nəticəsi olaraq, Rysiya özünü çox çətin vəziyyətə salıb. İ. Əliyevi müdafiə etdiyi vəziyyətdə Moskva üçün Ermənistan tamamən itməsə də, insanların qərbə meyilliyi güçlənəcək. Qısası. Putin 9 noyabr tarixi müqavilədə qeyd olunmuş status-kvonu pozmalıdır. Nəticə etibarı ilə, vəziyyət gərginləşəcək. Və bununla da Rusiya öz əli ilə Cənubi Qafqazda öz strategiyasını məhv edəcək.”

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »