13 yaşlı qız çips dənəsindən 25 min manat qazandı – VİDEO

0

Avstraliyada 13 yaşlı qız bir çips dənəsindən 25 min manat qazanıb.

İctimairəy.az xəbər verir ki, Avstraliyanın Qold Koast bölgəsində yaşayan Reyli Stüart 19 iyulda marketdən aldığı çipsin 1 ədədinin videosunu çəkərək “TikTok”a yükləyib.

“Toppuş çips tapmışam. Xahiş edirəm mənə deyin görək, bu dəyərli bir şeydir, yoxsa bunu yeyim?”,- deyə o soruşub.

Reyli daha sonra çipsi 0.99 Avstraliya dollarından hərraca çıxarıb. Çipsi istehsal edən firma qızla əlaqə saxlayıb və hərrac dayandırlıb. Firma çipsi 20 min Avstraliya dollarına alıb. Firma Reylinin startap ruhunu çox bəyəndiklərini və onların çips sevgisini mükafatlandırmaq istədiklərini söyləyib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »