“Fənərbağça” üçün 18 milyon avroluq hücumçu

0

Növbəti mövsümdə yeni baş məşqçisi Vitor Pereyra ilə uğurlu qrafik cızmağı planlaşdıran “Fənərbağça”nın transfer hədəfi məlum olub.

İctimairəy.az Offsideplus.az-a istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” istədiyi futbolçunu Portuqaliya “Benfika”sında tapıb. Belə ki, İstanbul təmsilçisi sözügedən komandanın hücumçusu Karlos Vinisiusu gündəminə alıb. Türkiyə mətbuatının yazdığına görə, “kanarya” 26 yaşlı braziliyalı forvard üçün qarşı tərəfə rəsmi təklif göndərib.

“Benfika” “sambaçı” üçün 18 milyon avro tələb edir.

Qeyd edək ki, Vinisius hazırda icarə əsasında “Tottenhem”də çıxış edir.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »