Türkiyədən 40 kilometr uzaqlıqda bir hərəkətlilik var!

0

ABŞ Dedeağac şəhərinə 400 tank gətirib.

İctimairey.Az Haberler.com-a istinadən xəbər verir ki, ABŞ Balkanlarda və Egeydə həm öz varlığını, həm də Rusiya və Türkiyəni mühasirəyə almaq üçün Yunanistanın Dedeağac şəhərində böyük bir silah arsenalına çevrilən baza qurub. Pentaqon, Türkiyədən 40 km aralıdakı şəhərə ən azı 400 tank və zirehli vasitə göndərib. İki yük gəmisindən boşaldılmış nəqliyyat vasitələrinin bir hissəsi NATO təlimləri üçün Bolqarıstan və Rumıniyaya göndərilib, bəziləri isə Dedeağaçda qalıb. ABŞ komandiri Dedeağaçın ilk dəfə paletli nəqliyyat vasitələrinin daşınmasında istifadə edildiyini bildirən, -“Bu dönüş nöqtəsidir” deyib. ABŞ-ın Balkanlarda, Şərqi Aralıq dənizi-Egeydə mövcudluğu və Rusiya ilə Türkiyəni sıxışdırmaq üçün Alexandroupolda-Dedeağacda qurduğu baza bir cəbbəxanaya çevrilib. İyun ayının əvvəlində keçirilən “Defender Europe 2021” manevri üçün Türkiyə sərhədindən 40 km məsafədə olan Dedeağaç şəhərinə yüzlərlə hərbi texnika göndərən Pentaqon bölgəyə silah və sursatdan ibarət yeni yük göndərib. Bəzi ağır döyüş texnikası, M2A2 Bradley zirehli döyüş maşınları və helikopterləri Yunanıtanda qalacaq. Pentaqonun Dağıdolu Bölgəsinə gələn nəqliyyat bölməsinin Avropa və Afrika üzrə komandiri Joş Hirsş, mətbuata verdiyi açıqlamasında, – müharibə vasitələrinin Avropaya daşınması və geri dönüşünün böyük əhəmiyyəti olduğunu və “Bura bir dönüş nöqtəsidir. – deyib. Bu DÖYÜŞ GÜCÜNÜZÜ və səmərəli bir şəkildə hərəkət etməyimizə imkan verəcəkdir” ABŞ komandiri, Avropadakı ordu qüvvələrini dəstəkləyə biləcək limanların genişləndirilməsi üçün səy göstərdiklərini ifadə edib. “Komandanın Dedeağaçda qazandığı şey Avropa bölgəsindəki quru qoşunları komandirləri üçün əlavə strateji manevr variantları təmin etməkdir. Bu liman, əməliyyatlar zamanı döyüş qüvvələrini sürətli və təsirli bir şəkildə hərəkət etdirməyimizə imkan verəcəkdir. ” 150 vertolyot İyun ayının əvvəlində gətirilib. Bundan əlavə “Defender Europe 2021′ manevri üçün ABŞ 110 Black Havks vertolyotu, 25 Apaci tipli hücum helikopteri, 10 ədəd Şinook ağır nəqliyyat helikopteri və 1800-dən çox hərbi texnika da Endurance yük gəmisi ilə Yunanıstana gətirilib. ABŞ ilk olaraq limanı böyüdərək genişləndirib və hərbi helikopterləri yerləşdirib . Yeni Şafakın hesabatına görə, ABŞ bölgəyə Türkiyəni də əhatə edən Boğazlar və Şimali Egey adalarını nəzarətdə saxlayan ən müasir radar sistemi də yerləşdirib.

Esmira ŞÜKÜROVA

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »