Emin heç vaxt konsertə getməyəcəyi yeganə şəhərin adını deyib

0

Musiqiçinin qeyd etdiyi kimi, bu gün onu özəl bir qonaqlığa dəvət etmək yüz min avroya başa gəlir. Müğənni Emin Ağalarov Kseniya Sobçakın verilişinin efirində Ermənistanın paytaxtı Yerevanda konsertə dünyanın heç bir puluna getməyəcəyini söyləib. “Məni özəl bir qonaqlığa dəvət etmək yüz min avroya başa gəlir” – Emin deyib. Kseniya Sobçak bu rəqəmi eşidəndə az qalıb ki qəzəblənsin: – “Bəsdir də. Morqensterni dəvət etmək daha ucuzdur”. “Nadir hallarda işləyirəm. Məni dəvət edirlər. Yaxşı, bax. Məsələn, ildə yüz dəfə 20 min avroya işləyəcəyimə yüz min avroya ildə on dəfə işləyərəm. Belə daha yaxşıdır. ” “Yüz min avroya istənilən tədbirə gedə bilərsiniz. Bəs, İrəvana da gedərsənsən? ” – deyə, Sobçak soruşub. “Xeyr. İrəvana heç bir pula getmərəm. Yüz min avroya Qroznıya getmişəm. Mənə şəxsi təyyarə də verdilər ” -dedi Emin.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »