Polis serjantı gözətçini başından vuraraq öldürüb

0

İyulun 22-si saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İctimairey.Az Sabirabad Rayon Prokurorluğunun məlumatına görə bildirir ki, prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polisi serjantı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »