Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Cavanşir Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ictimairey.Az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Cavanşir Qasımov 4 nəfəri aldadıb. Onlardan tikinti materialları alıb, amma pulunu ödəməyib. Ümumi zərər 238 min manatdır.
Ictimairey.Az