Şəkidə 6 yaşlı uşağı ilan sancdı

0

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

İctimairey.Az APA-ya istinadən bildirir ki, rayonun Qoxmuq kənd sakini, 2015-ci il təvəllüdlü Həsən Rüfət oğlu Cəbiyev ilan sancması əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 6 yaşlı H. Cəbiyevi yaşadığı ünvanda ilan sancdığı məlum olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərilib. H. Cəbiyev müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »