Ermənistan hökumətinin son iclasında Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının 2021-ci ilin növbədənkənar parlament seçkilərində dinc inkişaf dövrü açmaq üçün mandat aldığını bildirdi.
Paşinyanın sözlərinə görə, bu mandat Ermənistan ətrafında əlverişli bir mühitin yaradılmasını, regional kommunikasiyaların açılmasını, regional sabitliyin və yerli sülhün bərqərar olmasını nəzərdə tutur. Lakin Paşinyan növbəti abzasda bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinə işarə edərək özü-özünə qarşı çıxıb. Paşinyanın sözlərinə görə, Azərbaycan Ermənistanın sülh müqaviləsinə qarşı olduğu təəssüratını yaratmağa çalışır.
Mövcud vəziyyətdə Ermənistan üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin yanaşması məqbuldur. Öz növbəsində Azərbaycan daim Qarabağ məsələsini artıq həll olunduğunu bildirir, üstəlik, 2020-ci il 10 noyabr tarixli sənəddə Sovet Azərbaycanı və Sovet Ermənistanının sərhədləri boyunca demarkasiya məsələsi öz əksini tapır. İrəvanda düşünürlər ki, Azərbaycan demarkasiya kontekstində Ermənistan ərazisindən daha bir neçə ərazi almaq istəyir. Erməni ekspertlər tez-tez bildirirlər ki, bu bəyanatlar yalnız Azərbaycanın daxili istehlakı kontekstində ifadə olunan düşüncələr kimi qəbul olunmamalıdır.
Ermənilər Azərbaycanın əslində, yeni bir müharibəyə hazırlaşdığını düşünür. Erməni tərəfi, xüsusən də son növbədənkənar seçkilərdə polad mandatı alan Nikol Paşinyan daha çox təşviş keçirir. Avropa İttifaqının rəsmisi Şarl Mişel Ermənistan və Azərbaycan sərhəddində baş verən hadisələri sərhəddin statusunun aydınlaşdırılması ilə şərtlənən bir münaqişə adlandırdı və sülh yolu ilə həll yollarının tapılmasına çağırış etdi. Paşinyan buna qarşı çıxmadı. Ermənistan silahlı qüvvələrinin müqavimət göstərmək üçün resursu yoxdur, Nikol Paşinyan hökumətinin ümidi tamamilə Ermənistanda yerləşən rus ordusunadır. Lakin Rusiya ordusunun Avropa İttifaqının 2.6 milyard avro ayıracağı dövlətin sərhədlərini qoruyacağını düşünmək bir növ çətindir. Ordu.az
İctimairey.Az