Rusiya gündəmi qarışıb.
İctimairey.az Publicist.ru-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının bütün təbliğat maşını Xarici İşlər naziri Sergey Lavrovu canfəşanlıqla müdafiə etməyə çalışır və bildirilir ki, o, Talibanla (Rusiyada qadağan olunan bir təşkilat) danışıqlar aparmayıb və hazırda şəbəkədə yayılan fotoşəkillər 2019-cu ildə çəkilib. Lavrovun indi Talibanla görüşüb görüşməməsinin heç bir əhəmiyyəti yoxdur.
2019-cu ildə Lavrovun keçirdiyi görüşlərin faktı var və Rusiyada qadağan olunmuş bir təşkilatın nümayəndələri ilə diplomatik qarşılıqlı əlaqələrini təsdiqləyən fotoşəkillər var.
Taliban nümayəndə heyətinin rəsmi olaraq Moskvaya gəlməsi fakt olaraq qalır. Xarici İşlər Nazirliyi bunu təkzib etmir. Rusiya saytlarında bu barədə xəbərlər müxtəlif başlıqlarla çaxnaşır: “Taliban (Rusiyada qadağandır) nümayəndə heyəti danışıqlar üçün Moskvaya gəlib”. Burada qadağan olunduğu təqdirdə onlar buraya necə gələ bilər?
Əkbər Nəcəfov