Bədən üzvlərinin aktiv saatları

0
       Gündəlik bioloji ritmlər: orqanların daha yaxşı işlədiyi zaman, insanın daxili orqanlarının işləmə müddəti dəyişir. Hər orqanın gün ərzində öz fəaliyyət dövrü var.
Gəlin onlara nəzər salaq.1. Ürək ən çox səhər saat11-dən 13-ə qədər aktivdir. Ən çox bu dövrdə təzyiq yüksəlir.

2. Mədə ən çox səhər saat 7-dən 9-dək işləyir. Bu səbəbdən doyurucu səhər yeməyi yemək
vacibdir – mədə mümkün qədər hər şeyi həzm edəcək, yeməkdən mümkün olan bütün faydaları götürəcəkdir.

3. Ağciyərlər səhər 3-dən 5-ə qədər işləyir. Bunun üçün yatmazdan əvvəl otaq yaxşı havalandırılmalıdır.

4. Qaraciyərin ən fəal dövrü səhər birdən üçə qədərdir. Buna görə gecə saatlarında siqaret çəkmək və spirtli içki içmək tövsiyə edilmir, bu orqanizmin toksinləri xaric etməsini çətinləşdirəcəkdir.

5. Nazik bağırsağın zirvə fəallığı gündüz birdən üçə qədərdir. Bu səbəbdən, günortadan sonra istirahətə etməyə meyillik artır.

Ən böyük emosional yüksəlişin vaxtı 00.00 ilə 01.00 arasındadır. Məhz bu vaxt bir çox yaradıcı insalar işləməyi sevir. Ancaq, gecə 2-dən 4-ə qədər duyğusal və intellektual qaynaqlar sıfır səviyyəsinə enir. Dincəlmək lazımdır.

İctimairey.Az 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »