Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu – RƏSMİ

0

İyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə İctimai Rəy-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginlik davam edir. Ermənistan silahlı qüvvələri iyunun 10-da da Kəlbəcər istiqamətində bölmələrimizə atəş açmışdı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »