200 azərbaycanlı Odessadan çıxarıldı

Daha 200 azərbaycanlı Odessadan Moldova sərhədinə yola salınıb.

Bu barədə “Birlik” Odessa azərbaycanlıları Diaspora təşkilatının rəhbərlərindən biri olan Anar Natiqoğlu bildirib.

“Birlik” Odessa diaspor təşkilatı olaraq Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə bu gün daha 200-ə yaxın soydaşımızı şəhərimizdən Moldova sərhədinə təxliyəsini uğurla başa çatdırdıq. Tanrı dövlətimizi, millətimizi var eləsin”, – o vurğulayıb.

Comments are closed.

Tərcümə »